• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Argentina çempionları qarşıladı: Azarkeşlərlə polislər arasında qarşıdurma

DÜNYA

21 Dekabr 2022 | 16:58

Argentina çempionları qarşıladı: Azarkeşlərlə polislər arasında qarşıdurma

Argentina 36 il sonra yenidən dünya çempionluğunu qeyd edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalılar kuboku ölkələrinə gətirən futbolçuları böyük çoşquyla qarşılayıblar. Buenos-Ayres küçələrinə çempion turu təşkil edilib.

Ərazidə yaranan sıxlıq nəticəsində çempionları aparan avtobus irəliləməkdə çətinlik çəkib.  Azarkeşlərin bəziləri körpüdən avtobusa tullanarkən, yerə yıxılıblar.

Təhlükəsizlik məsələlərinə görə oyunçular avtobusdan düşərək, helikopterlərlə miniblər.

Argentinalıların bayramını dağıtmaü üçün təhlükəsizlik qüvvələri müdaxilə edib. Bu zaman azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Polis rezin güllələrdən və təzyiqli sudan istifadə edərkən, tərəfdarlar polisə daşla cavab veriblər.

Aksiyalar zamanı çoxlu azarkeş saxlanılıb.

Verilən məlumatlara görə, bayram şənlikləri zamanı yaranan xaosda xəsarət alanlar var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026