• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

“ASAN xidmət”in təcrübəsi Rumıniyada tətbiq olunacaq

CƏMİYYƏT

08 Oktyabr 2024 | 15:43

“ASAN xidmət”in təcrübəsi Rumıniyada tətbiq olunacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya hökumətinin Baş katibi Mirçea Abrudeanın dəvəti əsasında Buxarest şəhərinə səfər edib.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, səfərin ilk günü Dövlət Agentliyinin sədri və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ümummilli Lider Heydər Əliyevin Buxarestdəki Tey parkında yerləşən abidəsini ziyarət ediblər.

Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də "ASAN xidmət" mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır.

Buxarestdəki Viktoriya sarayında baş tutan imzalanma mərasimi zamanı Rumıniya hökumətinin Baş katibi dövlət xidmətlərinin göstərilməsi üzrə qlobal səviyyədə tanınan və qəbul edilən “ASAN xidmət” təcrübəsinin müstəsna əhəmiyyətinə toxunaraq müvafiq sahənin ölkəsində inkişaf etdirilməsi üçün bu təcrübədən faydalanacaqlarını bildirib.


SON XƏBƏRLƏR

20 Dekabr 2024