• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“ASTARAÇAY” qanunvericiliyi pozdu - CƏRİMƏLƏNDİ

GÜNDƏM

15 Dekabr 2022 | 14:48

“ASTARAÇAY” qanunvericiliyi pozdu - CƏRİMƏLƏNDİ

“ASTARAÇAY” MMC əmək qanunvericiliyinin pozulmasına görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, “ASTARAÇAY” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Astara Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zamin İbrahimovun icraatına verilib.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026