• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Atamın vəziyyəti ağır olaraq qalır” - Arif Quliyevin oğlu

CƏMİYYƏT

27 Aprel 2021 | 12:08

“Atamın vəziyyəti ağır olaraq qalır” - Arif Quliyevin oğlu

“Atamın vəziyyəti ağır olaraq qalır. Sevindirici bir şey var ki, təzyiqi normallaşıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib. O, atasının hələ də süni tənəffüs aparatına qoşulduğunu bildirib:

“Həkimlər bu gün axşam saat 6-dan sonra atamın vəziyyəti ilə bağlı bir söz deyə biləcəklər. Onların cavabları əsasında vəziyyətin yaxşılığa doğru gedib-getmədiyini biləcəyik. Bizi sevindirən yeganə məqam odur ki, təzyiqi normallaşıb, qızdırması və şəkəri qalxmayıb”.

Qeyd edək ki, Arif Quliyev koronavirusa yoluxub və "Yeni Klinika"nın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR