• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

"Avro-2020”: Fransa Macarıstanla bacarmadı

İDMAN

19 Iyun 2021 | 19:12

"Avro-2020”: Fransa Macarıstanla bacarmadı

Futbol üzrə Avropa çempionatının F qrupunda ikinci tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa millisi Budapeştin "Puşkaş Arena"sında Macarıstanla heç-heçə oynayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu macar futbolçu Attila Fiola vurub. İkinci hissədə fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa edə biliblər. Antuan Qrizmann qapıçının qaytardığı topu qapıdan keçirib. Hazırda xallarını 4-ə çatdıran Fransa millisi liderdir. Macarıstan isə qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR