• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Avropa Şurasının Baş katibi: “Dialoq regionda davamlı sülhün açarıdır”

SİYASƏT

08 Dekabr 2023 | 20:59 | Müəllif: Subhan Mahmudov

Avropa Şurasının Baş katibi: “Dialoq regionda davamlı sülhün açarıdır”

Azərbaycana səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞ-nin Bakı ofisinin əməkdaşları ilə görüşüb və onlara gördükləri işlərə görə təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xanım diplomat “X” sosial şəbəkəsində yazıb.

“AŞ-nin Bakı ofisinin əməkdaşları ilə görüşmək həmişə xoşdur. Əla işinizə görə təşəkkür edirəm”, - paylaşımda deyilir.

Avropa Şurasının Baş katibi həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə səmərəli görüşlər keçirdiyini də qeyd edib.

“Dialoq regionda davamlı sülhün açarıdır”, - M.Peyçinoviç-Buriç bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026