• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avropada qazın qiyməti tarixi rekord vurdu

İQTİSADİYYAT

21 Dekabr 2021 | 21:49

Avropada qazın qiyməti tarixi rekord vurdu

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 2 100 ABŞ dollarından yuxarı olub.

Bakıvaxtı.az xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2 107 ABŞ dolları səviyyəsində ticarəti başa vurub.

Beləliklə, qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.

Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026