• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Avropalı iş adamları dollar-avroluq əmanətlərini İsveçrə frankına çevirirlər

İQTİSADİYYAT

08 Iyun 2023 | 16:04

Avropalı iş adamları dollar-avroluq əmanətlərini İsveçrə frankına çevirirlər

 “İsveçrə frankı ötən il dolları, bu il isə avronu ötüb. Hədəfdə ingilis funtudur”.

Bumu Bakıvaxtı.az-a açıqlamasında analitik Elxan Həsənli deyib. Onun sözlərinə görə, 5 il əvvəl əmanətlərini İsveçrə frankında saxlayanların əmanətləri 5 il ərzində 15-20 faiz dəyər qazanıb:

“İsveçrə Milli Bankının 2023-cü ilin iyun ayında faiz dərəcələrini yenidən artıracağı gözlənilir. Bazar iştirakçıları artımın 0,25 faiz bəndi təşkil edəcəyini, əsas faiz dərəcəsinin isə 1,75 faizə yüksələcəyini güman edirlər. Orta mənzilli avropalı iş adamları dollar-avroluq əmanətlərini sürətlə İsveçrə frankına çevirirlər”.

E.Həsənli qeyd edib ki, dünyanın aparıcı banklarının apardığı siyasəti digər ölkələrin mərkəzi bankları da davam etdirirlər:

“Artıq 10 ilə yaxındır ən optimal valyuta kimi İsveçrə frankı öndə gedir”.

Cavad


SON XƏBƏRLƏR

27 Mart 2024