İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Turkic World” məlumat yayıb.
Bildirilib ki, İstanbul Hava Limanı 8-14 aprel tarixləri arasında gündə orta hesabla 1 428 uçuşla Avropanın ən işlək hava limanı kimi qeydə alınıb.
Qeyd edək ki, sözügedən hava limanı ötən il sıxlıq baxımından dünyanın ən işlək 10 hava limanından biri olub.