• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ayılar avtobusdakı şirniyyatları yedilər

DÜNYA

19 Sentyabr 2023 | 16:23

Ayılar avtobusdakı şirniyyatları yedilər

ABŞ-ın Alyaska ştatında iki ayı hərbi bazadakı mağazaya çatdırılmaq üçün dayanmış mikroavtobusa girərək donut yeyib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, mağaza müdiri Shelly Deano çatdırılma üçün dayanan mikroavtobus sürücüsünün, adətən, avtomobilin qapılarını açıq qoyduğunu, iki ayının içəri girərək 20 dəqiqə ərzində donut və digər un məhsullarını yediyini söyləyib.

Ayıların ətrafdakı reaksiyalara biganə qaldığını bildirən Deano deyib ki, mikroavtobusa vursa da, yerlərindən tərpənməyiblər: “Paketləri açıb şirniyyatları yedişlərini görürdüm”.

Deano bildirib ki, şirniyyatları yeyən ayılar mağazanı və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsini dolaşdıqdan sonra meşəyə qayıdıblar. Hərbi bazada və mağazanın ətrafında ayı görməyin adi hal olduğunu qeyd edən Deano daha əvvəl belə bir hadisənin baş vermədiyini bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR