Uzun müddətli erməni işğalından azad edilmiş Azərbaycanın Laçın şəhərindən olan erməni köçkünlər İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Bakıvaxtı.az xəbər verir ki, etirazçılar Ermənistanı tərk edə bilmələri üçün hakimiyyət orqanlarından itirdikləri evlərə görə təzminat ödəmələrini və ya onlara qaçqın statusu verilməsini tələb ediblər.
Etirazçılardan biri bildirir ki, artıq burada olduğumuzdan bir il keçəcək, amma indiyə qədər Ermənistan hökumətindən konkret cavab almamışıq: "Buradakı yaşayışımız üçün lazım olan şəraiti təmin etməklə məşğul olacağı tarixi dəqiq olaraq bildirsinlər, ya da Rusiyaya, AB ölkələrinə getmək üçün qaçqın statusu versinlər".
Başqa biri etiraf etdi ki, ailəsi heç bir iş olmayan İrəvanda qalmaq istəmir, torpağa ehtiyacları var: "Yalnız kənd yerlərində, öz torpaq sahələrimizə malik olduğumuz halda, yaşaya və işləyə biləcəklər".
Etirazçıların fikrincə, onların tələbi siyasi xarakter daşımır və ölkə rəhbərliyinə cavab vermək üçün bir həftə vaxt verirlər.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















