• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azad olunan ərazilərdə 20 mindən çox ağac əkilib

CƏMİYYƏT

29 Dekabr 2021 | 12:17 | Müəllif: Qalib İbrahimoğlu

Azad olunan ərazilərdə 20 mindən çox ağac əkilib

"İşğaldan azad olunan ərazilərdə 20 mindən çox ağac əkmişik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini Topxana meşəsində görülən işlərlə bağlı da məlumat verib. Dediyinə görə, noyabrın 8-dən Topxana meşəsində bərpa işlərinə başlanılıb: "Nazirlik olaraq planlarımız böyükdür. Həmin ərazilərin minadan təmizlənməsindən sonra biz işlərə başlayırıq. İşğaldan azad olunan ərazilərdə ekoloji mühitin təmizlənməsi qarşıda duran əsas vəzifələrdən biridir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR