• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb

CƏMİYYƏT

18 Mart 2024 | 16:20

Azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, ANAMA-nın məlumatına görə, azad olunan ərazilərdə 11-17 mart 2024-cü il tarixi ərzində 7 tank əleyhinə mina, 31 piyada əleyhinə mina, 202 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1394.5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


SON XƏBƏRLƏR