• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək

İQTİSADİYYAT

12 Dekabr 2024 | 17:40

AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2025-ci il aprelin 1-dən Bakı-Səmərqənd-Bakı arasında birbaşa uçuşları bərpa edəcək.

Bu barədə Bakıvaxtı.az Özbəkistan mətbuatına istinadən xəbər verir.

Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək.

Səmərqənddən uçuş yerli vaxtla saat 2:55-də baş tutacaq. Uçuş müddəti 2 saat 20 dəqiqə təşkil edəcək.

"Bu, Səmərqənddən səyahət edən sərnişinlər üçün yeni imkanlar açır və Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının 75-dən çox istiqaməti əhatə edən beynəlxalq uçuş şəbəkəsinə daha bir istiqamət əlavə edir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

18 Aprel 2025