• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan anti-terror əməliyyatları keçirmək məcburiyyətindədir - AÇIQLAMA

SİYASƏT

08 Iyun 2023 | 13:02

Azərbaycan anti-terror əməliyyatları keçirmək məcburiyyətindədir - AÇIQLAMA

Son günlər Ermənistanın silahlı təxribatları artıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Baş verənlərə münasibət bildirən ehtiyatda olan türkiyəli general Yücel Karauz Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan hər görüş öncəsi olduğu kimi, bu dəfə də təxribatlar törədir. Onun fikrincə, bunun birinci səbəbi ölkə ictimaiyyətini sakitləşdirməkdir: “İkincisi, Ermənistan masada Azərbaycandan güzəşt almağa çalışdığı üçün belə təxribatlara əl atır. Digər məqsədi isə böyük dövlətlərin Azərbaycana psixoloji basqı etməsinə çalışmaqdır. Lakin təxribat törətmələrinə baxmayaraq”,

Hərbi ekspert qeyd edib ki, Ermənistanın təxribatlarının fonunda Azərbaycan bu günə qədər yürütdüyü siyasətdən bir addım da olsun geri çəkilmir: “Ermənistan bunu sadəcə ölkə aktivlərini ayaqda saxlamaq üçün edir. Ermənistan məğlub olduğunu, Qarabağın Azərbaycan olduğunu qəbul etmək üçün sülh müqaviləsini imzalamaq məcburiyyətindədirlər. Əslində, danışıqlar plan daxilində gedir. Bu da oyunun bir parçasıdır”.

General deyib ki,Azərbaycanın da səbrinin bir həddi var. Azərbaycan hər yerdə sülhə nail olmaq istədiyini deyir, amma qarşı tərəf terrora əl atırsa, silahın danışdığı yerdə silah danışar.

“Silahla müdaxilə olunan yerdə silahla qarşılıq verilər. Bu hal qaçılmazdır.Yay aylarında keçirilən görüşlərdən bir nəticə alınmadığı təqdirdə Azərbaycan anti-terror əməliyyatları keçirmək məcburiyyətindədir. Keçmişə baxdıqda da Ermənistanın başqa bir dildən anlamadığını görürük”, - deyə Yücel Karauz vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024