• Bakı 28° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Azərbaycan AZAL təyyarəsinə görə beynəlxalq məhkəməyə müraciət üçün sənədlər hazırlayır

SİYASƏT

19 Iyul 2025 | 19:48

Azərbaycan AZAL təyyarəsinə görə beynəlxalq məhkəməyə müraciət üçün sənədlər hazırlayır

"Bizim tələbimiz təbii idi: öz günahlarını etiraf etsinlər, bizim təyyarəni vuranlar cəzalandırılsın və qurbanların, yaralıların ailəsinə və AZAL-ın təyyarəsinə də görə təzminat ödənilsin".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

"Mən daha təfərrüatlı danışa bilərəm. Daha bir neçə dəqiqə buna həsr etmək istəyirəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər, tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal Aktauya heyət göndərdik, onlar çəkiliş apardılar. Görüldü ki, təyyarə deşik-deşik edilmişdi. Hətta təyyarədə olan 2 nəfər qəlpə yarası almışdı. Yəni, Ukrayna dronunun bizim təyyarəmizlə toqquşması ideyası gülünc idi. Təsəvvür edin ki, Ukrayna dronu gəlir və Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdıb gedir ikinci dəfə bizim təyyarəmizlə toqquşur. Bu uşaq bağçası səviyyəsində olan hekayədir.

Bundan başqa, Rusiya hava məkanı qapadılmamışdı. Hava məkanı bizim təyyarəmiz vurulandan bir neçə dəqiqə sonra bağlanmışdı. Bu da məsuliyyətdir. Həmin o şəxslər vaxtında "xalça əməliyyatı"nə gec elan ediblər. Bu, gün kimi aydındır. Ancaq 7 aydır ki, biz cavab ala bilmirik. Bizim Baş Prokurorumuz müntəzəm olaraq, Rusiyanın təhqiqat komitəsinə məktub ünvanlayır və cavab bu olur ki, təhqiqat davam edir. Biz gözləyirik görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu cür davranmaq qeyri-məhsuldardır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, biz Beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən sənədlər hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. 10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus "Boeing"lə bağlı təhqiqat başa çatsın. Ancaq biz ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf olsun ki, bugünkü gördüyümüz vəziyyət heç də bizim ikitərəfli münasibətlərimiz baxımından yararlı deyil".


SON XƏBƏRLƏR

19 Iyul 2025