• Bakı 23° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan beynəlxalq müstəvidə böyük siyasi oyunçuya çevrilib

LAYİHƏ

19 Yanvar 2024 | 12:22

Azərbaycan beynəlxalq müstəvidə böyük siyasi oyunçuya çevrilib

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Azərbaycan 2023-cü ildə həm beynəlxalq, həm də regional müstəvidə xarici siyasət preoritetlərini uğurla həyata keçirdi. Xüsusilə sentyabr ayında ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi şərtlər formalaşdırdıq.

Azərbaycan 2023-cü ildə beynəlxalq təşkilatlardan təcrid olunmayıb. Həm İslam Təşkilatı, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda tədbirləri keçirildi. Əlavə olaraq, ölkəmizdə iqtisadi forum, ekspo sərgi təşkil olundu.

2023-cü ildə müttəfiqimiz Türkiyə ilə əlaqələrimiz yüksək səviyyədə davam etdi. Əlavə olaraq, Azərbaycan COP29 təşkilatına ev sahibliyi etmək üçün üzv dövlətlərin dəstəyini aldı. Azərbaycan həm xaricdə keçirilən sərgilərdə istirak edir, həm də öz ərazisində digər dövlətlərlə lazım olan bütün işləri görür.

Cümşüd Nuriyev: Azərbaycanın intqrasiya ilə bağlı həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir

2023-cü ildə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsindən danışan politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanın ötən il beynəlxalq inteqrasiya ilə bağlı gördüyü işlərin başında Qoşulmama Hərəkatına sədrlik durur: “Azərbaycanda Qoşulmama Hərəkatının tədbiri keçirildi. Azərbaycanda onun parlamenti, qadınlar təşkilatı yarandı, parlamentlərarası əlaqələr genişləndirildi. Azərbaycan prezidenti İlham Əliyevin çıxışından sonra Yeni Kaledoniya və digər Fransa müstəmləkələri ayağa qalxdı. Fransanı Afrikadan sıxışdırıb çıxardılar. Azərbaycan artıq beynəlxalq müstəvidə böyük siyasi bir oyunçuya çevrilib”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan 2023-cü ildə Türk Dövlətləri Təşkilatı ilə bağlı mühüm addımlar atıb: “Qardaş türk dövlətləri ilə münasibətlər xeyli yaxşılaşdırılıb. Digər istiqamət Müstəqil Dövlətlər Birliyi ilə bağlı Azərbaycanın mühüm addımlar atmasıdır. Şərqi Avropa ilə Azərbaycanın iqtisadi əlaqələri möhkəmlənib. Birmənalı şəkildə Avropa İttifaqına (Aİ) daxil olan 9 dövlətlə Azərbaycanın ikitərəfli əməkdaşlığı var. Azərbaycan Avropa İttifaqının qaz təminatı, yaşıl enerji ilə bağlı mühim addımlar atır”.

Cümşüd Nuriyev qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlardan təcrid olunmayıb: “Həm İslam Təşkilatı, həm də İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda tədbiri keçirildi. Əlavə olaraq, ölkəmizdə iqtisadi forum, ekspo sərgi keçirildi. Azərbaycan həm xaricdə keçirilən sərgilərdə istirak edir, həm də öz ərazisində digər dövlətlərlə lazım olan bütün işləri görür”.

“2023-cü ildə Azərbaycanın intqrasiya ilə bağlı həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir və yüksək qiymətləndirilməlidir”, - deyə Cümşüb Nuriyev əlavə edib.

Məhəmməd Əsədullazadə: Dünya birliyinə inteqrasiya sahəsində 2023-cü ili uğurla başa vurduq

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a mövzu ilə bağlı bildirib ki, Azərbaycan 2023-cü ildə həm beynəlxalq, həm də regional müstəvidə xarici siyasət preoritetlərini uğurla həyata keçirdi. Onun sözlərinə görə, xüsusilə sentyabr ayında ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra Cənubi Qafqazda yeni geosiyasi şərtlər formalaşdırdıq.

M.Əsədullazadə qeyd edib ki, həmçinin, Azərbaycan 2023-cü ilə Avropa İttifaqı ilə enerji sahəsində memorandum imzaladı. Bu memorandum Aİ ilə Azərbaycan arasında strateji enerji sazişidir.

“Ölkəmiz türk birliyinin güclənməsi istiqamətində də böyük addımlar atdı. Qoşulmama Hərəkatının gücləndirilməsi istiqamətindı bir neçə tədbirlərə ev sahibliyi etdik” deyən müsahibimiz qeyd edib ki, beynəlxalq birliyə inteqrasiya istiqamətində Azərbaycan Qoşulmama Hərəkatından uğurla istifadə etdi, bütün üzvlərin dəstəyini aldı”.

Politoloq bildirib ki, Azərbaycan Mərkəzi Asiya və türk dövlətləri ilə sıx siyasi, iqtisadi əlaqələrini gücləndirdi:

“Ötən il prezidentin bu istiqamətdə uğurlu səfərləri oldu. Türk dövlətlərinin zirvə görüşləri, konfransları keçirildi. Əlavə olaraq, Azərbaycan xarici ölkələrlə strateji tərəfdaşlıq haqqında memorandum imzaladı. Bu, həm Cənub Şərqi Avropa ölkələri, həm də Mərkəzi Asiya ölkələri ilə baş verdi. Həmçinin Avropa İttifaqına ixrac olunan yaşıl enerji kontekstində Bolqarıstan, Rumıniya və Macarıstanla müqavilə imzalandı. Azərbaycan nəqliyyat, enerji, beynəlxalq təhlükəsizlik sahəsində çox ciddi, uğurlu işlər həyata keçirdi. Bununla həm beynəlxalq birliyə töhvə vermiş oldu, həm də Cənubi Qafqazda siyasi, iqtisadi, təhlükəsizlik əməkdaşlığı formalaşması istiqamətində mühim addımlar atmış oldu”.

Onun sözlərinə görə, 2023-cü ildə müttəfiqimiz Türkiyə ilə əlaqələrimiz yüksək səviyyədə davam etdi: “Əlavə olaraq, Azərbaycan COP29 təşkilatına ev sahibliyi etmək üçün üzv dövlətlərin dəstəyini aldı. Bu, Azərbaycanın beynəlxalq birliyin fəal üzvü olduğunun göstəricisidir. Təbii ki, görülən işlər Azərbaycanın Cənubi Qafqazda geostrateji, geosiyasi, geoiqtisacdi mövqeyini gücləndirir. Azərbaycan Cənubi Qafqaznda Qərb-şərq və Cənub-şimal nəqliyyatının əsas yol qovuşağı platformasındadır. Azərbaycan bu istiqamətdə çox uğurlu siyasət həyata keçirərək Cənubi Qafqazda bir sabitlik adası olub. Bu, aparılan xarici siyasətin obyektiv nəticəsidir”.

M.Əsədullazadə vurğulayıb ki, İranla münasibətlərdə gərginlik olsa da, növbəti mərhələdə Azərbaycan Zəngəzur dəhlizinin Araz seqmentini İranla razılaşdırdı:

“Bu da Azərbaycanın xarici siyasətinin uğurudur. Əlavə olaraq, Azərbaycan sülh müqaviləsinin bağlanması istiqamətində Ermənistan üzərində siyasi, psixoloji, diplomatic qələbəsini daha da artırdı. Demək olar, bir çox ölkə Azərbaycanı dəstəkləyir. Lakin Fransa və ABŞ-dan Azərbaycana qarşı qeyri-konstruktiv mövqe görürük. Buna baxmayaraq, Azərbaycan öz milli təhlükəsizliyini, suverenliyini və maraqlarını qətiyyətlə müdafiə edir. 2023-cü ili uğurlu şəkildə başa vurmuşuq”.

Aytac Aslan

Yazı Media İnkişafAgentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR

27 Aprel 2024