• Bakı 25° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

QHT şəbəkəsi inkişaf edən ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür

LAYİHƏ

08 Fevral 2024 | 10:42

QHT şəbəkəsi inkişaf edən ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması bu gün ən mühüm məsələlərdən biridir. Mütəmadi olaraq ölkə prezidenti tərəfindən çoxspektrlı islahatlar paketi təqdim olunur və bu islahatların içində ən vacib elementlərdən biri də hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşması çox önəmli məsələ kimi qarşıya qoyulub. Sözsüz, müzəffər ali baş komandanın qarşıya qoyduğu bu məqsəd layiqincə yerinə yetiricələcək.

Vətəndaş cəmiyyətinin mövcudluğu və inkişafı ölkədə demokratiya və insan hüquqlarının aliliyinin təmin olunmasının əsas göstəricilərindən biridir. Vətəndaş cəmiyyəti həm ictimai nəzarəti, həm də dövlət qurumlarının üzərinə düşən işi layiqli şəkildə görməsinə nəzarəti həyata keçirir. QHT - hökumət münasibətləri, sözün əsil mənasında, yeni bir inkişaf mərhələsini yaşayır. Bu gün QHT-lər qarşısında duran əsas məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində mədəniyyətimizin, tarixinimizin tədqiq olunması və təbliği, informasiya resurslarının yayılmasıdır.

Rauf Rəcəbov: QHT-lər vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdəndir

 “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Rauf Rəcəbov Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatlarının rolu böyükdür. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, orada mövcud olan digər qurumlarla ümumi xüsusiyyətlərin daşıyıcısına çevrilirlər:

“Ümumiyyətlə, demokratik cəmiyyətin formalaşmasında, ictimai maarifləndirmədə, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Vətəndaş cəmiyyətinin mövcudluğunun vacib forması, bu və ya digər məqsədlərini həyata keçirmək üçün, könüllü əsaslarla insanları birləşdirən, qeyri-hökumət təşkilatlarının sistemidir. QHT şəbəkəsinin daha çox inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür”.

Müsahibimiz bildirib ki, vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir:

“Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdən biridir”.

R.Rəcəbov seyib ki, vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırılmasından ibarətdir. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır.

Onun sözlərinə görə, Azərbaycanda QHT-lərin fəaliyyəti xeyli inkişaf edib:

“Elə son illərdə QHT-lərin dövlətdən dəstək alması bu inkişafa geniş şərait yaradıb. Bura həm mənəvi, həm təşkilati, həm də informativ və digər aspektlərdə olan müsbət dəyişiklikləri aid etmək olar. Bütövlükdə, bu gün, onu demək olar ki, QHT - hökumət münasibətləri, sözün əsil mənasında, yeni bir inkişaf mərhələsini yaşayır. Bu gün QHT-lər qarşısında duran əsas məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində mədəniyyətimizin, tarixinimizin tədqiq olunması və təbliği, informasiya resurslarının yayılmasıdır. Çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur. Hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır”.

QHT sədri vurğulayıb ki, xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir:

“Bu konteksdə, azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması bu gün ən mühüm məsələlərdən biridir. Çünki dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bu ideologiya əsaslı rol oynayır. Ölkəmiz həm hüquqi, həm də müstəqil siyasət yürüdən suveren ölkə kimi artıq dünya dövlətləri sırasında önəmli yer tutur. Mütəmadi olaraq ölkə prezidenti tərəfindən çoxspektrlı islahatlar paketi təqdim olunur və bu islahatların içində ən vacib elementlərdən biri də hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşması çox önəmli məsələ kimi qarşıya qoyulub.İnanıram ki, bu məqsədlərə çatmaq üçün bütün vacib addımlar atılacaq.Və Azərbaycan dünya ölkələri sırasında vətəndaş cəmiyyətinin daha da inkişaf etdiyi bir dövlət olacaq”.

Mübariz Göyüşlü: Vətəndaş cəmiyyətinin mövcudluğu və inkişafı ölkədə demokratiyanın göstəricilərindəndir

Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müxtəlif sahələrdə olduğu kimi, vətəndaş cəmiyyətinin də inkişaf istiqamətində də çalışmalar həyata keçirilir:

“Vətənaş cəmiyyətinin formalaşmasında əsas qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, fondların, həmkarlar təşkilatlarının çalışmaları nəzərdə tutulur. Düşünürəm ki, media nüməyəndələri, müstəqil araşdırmaçı və bloqerlərin fəaliyyətini də vətəndaş cəmiyyətinin formalaşmasının inkişafı istiqamətində əsas götürmək olar. Onların hər biri cəmiyyətin inkişafında bu və ya digər formada rol oynayırlar”.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin mövcudluğu və inkişafı ölkədə demokratiya və insan hüquqlarının aliliyinin təmin olunmasının əsas göstəricilərindən biridir:

“Vətəndaş cəmiyyəti həm ictimai nəzarəti, həm də dövlət qurumlarının üzərinə düşən işi layiqli şəkildə görməsinə nəzarəti həyata keçirir. Bu, çox ciddi bir məsələdir. Bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitin sərf olunmasına nəzarət məsələsini həyata keçirmək çox önəmlidir. Təkcə maliyyənin xərclənməsi məsələsi deyil, eyni zamanda, qəbul edilən qərarların düzgün şəkildə icra olunması da nəzərdə tutulur. Bütün bunlar vətəndaş cəmiyyətini inkişafa aparan məsələlərdir. Daha peşəkar vətəndaş cəmiyyəti nümayəndələri olarsa, peşəkar nəzarərt həyata keçirmək mümkün olar”.

Həmsöhbətimiz qeyd edib ki, vətəndaş cəmiyyəti təmsilçilərinin əsas vəzifələrindən biri məmurlar və dövlət orqanları ilə xalq arasında vasitəçi olmaq, xalqı maarifləndirmək, verilən qərarları xalqa düzgün çatdırmaqdır:

“Azərbaycanda bu istiqamətdə müsbət tendensiyalar var. Təbii ki, biz daha çoxunu gözləyirik. Zamanla, inkişaf etdikcə vətəndaş cəmiyyəti inistitutları, nümayəyəndələri daha çevik, peşəkar, operativ olacaqlar”.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR