• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi

İDMAN

19 Aprel 2022 | 20:35

Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın 6-cı günündə 1/4 final mərhələsi çərçivəsində rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub.

İlk qarşılaşmasında irlandiyalı Patrik Makkennaya qalib gələn Amin Məmmədzadə bu dəfə gücünü ermənistanlı Aren Aslamazyana göstərib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz hər 3 raundda rəqibindən üstün olub. Erməni idmançını 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən Məmmədzadə rəqibini vaxtından əvvəl yarışdan kənarlaşdırıb.

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən ikinci boksçumuz olub. Amindən öncə Kənan Babayev (48 kq) Avropa birinciliyində 1/4 final döyüşünü qələbə ilə bitirdiyindən Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.

 

 

 

 


Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR