• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Azərbaycan Kredit Bürosu" 5 il ərzində 177 milyon sorğu qəbul edib

İQTİSADİYYAT

12 Iyul 2024 | 10:06

"Azərbaycan Kredit Bürosu" 5 il ərzində 177 milyon sorğu qəbul edib

"Azərbaycan Kredit Bürosu" MMC (AKB) fəaliyyətdə olduğu 2018-2023-cü illərdə 177,4 milyon ədəd sorğu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bunun 172,1 milyonu adi (o cümlədən 139,6 milyonu toplu), 5,3 milyonu isə skorinq sorğusu olub.

Təkcə ötən il isə AKB-yə 53,5 milyon adi, o cümlədən 41 milyon toplu sorğu daxil olub ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 2,4 dəfə azdır. İl ərzində Büronun qəbul etdiyi skorinq sorğularının sayı isə 6,6 dəfə azalaraq 0,7 milyona düşüb.

Xatırladaq ki, "Azərbaycan Kredit Bürosu" 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5 % payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026