• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərdi - FOTO

SİYASƏT

27 Fevral 2022 | 11:56

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərdi - FOTO

Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, tibbi vasitələrin yükləndiyi təyyarə bu gün yola düşüb.

Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıblar.


Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərdi - FOTOAzərbaycan Ukraynaya humanitar tibbi yardım göndərdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR