• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ceyhun Bayramov və Lavrov görüşüb - YENİLƏNİB

SİYASƏT

24 Iyun 2022 | 16:24

Ceyhun Bayramov və Lavrov görüşüb - YENİLƏNİB

24 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şəhidlər Xiyabanını ziyarət edərək, “Əbədi Məşəl” abidəsinin qarşısına əklil qoyub.

XİN-in Mətbuat xidməti idarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş baş tutub.

Nazir Ceyhun Bayramov və nazir Sergey Lavrov arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. O, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğuna istinad edərək, il ərzində bu münasibətlə bir sıra tədbirlərin həyata keçirildiyini məmnunluqla söyləyib.

Nazir Sergey Lavrov qonaqpərvərliyə görə təşəkkür edib. O, Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış müzakirələrə istinad edib. Cari il ərzində Azərbaycanlı həmkarı ilə indiyədək 4 görüşün keçirildiyini bildirən Sergey Lavrov bunun münasibətlərin intensivliyinin göstəricisi olduğunu bildirib. Cari ildə qeyd edilən 30 illiyin əlaqələrin bütün istiqamətlər üzrə icmalı üçün yaxşı fürsət yaratdığı və bu xüsusda keçirilən tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.

Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində, əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini, habelə ikitərəfli müqavilə hüquqi bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan üçün hazırda prioritet məsələ olan azad olunmuş ərazilərin bərpa və quruculuğu işləri barədə məlumat verib. Bu xüsusda Rusiya şirkətlərinin bu prosesdə iştirak marağı yüksək qiymətləndirilib.

Görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparıblar.

Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

*** 13:07

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında geniştərkibli görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda nazirlər birgə brifinq keçirirlər.

*** 12:12

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

*** 11:39

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

C.Bayramov S.Lavrovu nazirliyin önündə qarşılayıb. Daha sonra XİN başçılarının təkbətək görüşü başlayıb.

Qeyd edək ki, S.Lavrov iyunun 23-də Azərbaycana səfərə gəlib.


Ceyhun Bayramov və Lavrov görüşüb - YENİLƏNİBCeyhun Bayramov və Lavrov görüşüb - YENİLƏNİBCeyhun Bayramov və Lavrov görüşüb - YENİLƏNİBCeyhun Bayramov və Lavrov görüşüb - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026