• Bakı C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi Gürcüstandan çıxarılıb

SİYASƏT

11 Noyabr 2025 | 11:25

Azərbaycan vətəndaşları da daxil olmaqla 31 əcnəbi Gürcüstandan çıxarılıb

Son günlər ərzində Gürcüstanda 31 əcnəbinin ölkədə qanuni əsas olmadan yaşadığı müəyyən edilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

    Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları olan həmin şəxslər Gürcüstandan çıxarılıb. Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişi qadağan edilib.

    Qeyd olunub ki, bu il Gürcüstandan artıq mindən çox əcnəbi deportasiya edilib ki, bu da son üç ildə ölkədən qovulmuş şəxslərin ümumi sayını xeyli üstələyir.


    SON XƏBƏRLƏR

    15 Dekabr 2025