Azərbaycanda avtomobil idxalı 13% azalıb.
Bakıvaxtı.az DGK-yə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan 779 milyon ABŞ dolları dəyərində 42 335 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bildirilib ki, 6 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 33,8 % artaraq 103 ədəd (6,401 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 15,4 % azalaraq 38 008 ədəd (683,191 milyon ABŞ dolları dəyərində) təşkil edib. / Report
















