• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir" - İlham Əliyev

CƏMİYYƏT

26 Aprel 2022 | 15:19 | Müəllif: Subhan Mahmudov

"Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir" - İlham Əliyev

Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edərkən deyib.

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu vurğuladı. Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi, ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu dedi.

Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026