• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir

LAYİHƏ

05 May 2023 | 13:17

Azərbaycanda dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

İctimai və dövlət maraqlarının müdafiəsindən bəhs edərkən, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində işğal altındakı ərazilərin azad edilməsi yada düşür. Məhz ictimai maraqlarla dövlət marağının birliyi, vəhdəti sözügedən istiqamətdə müsbət nəticələr əldə etməyə şərait yaradır. Odur ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə ümummilli maraqların əməli nəticəsi kimi yaddaşlarda qalıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran ən vacib məsələlərdən biri ciddi şəkildə fərqli ideologiyaların təsiri altında ideoloji parçalanmaya məruz qalmış, Azərbaycan cəmiyyətinin vahid, milli ideologiya ətrafında birləşdirilməsi və ictimai maraqlarla, dövlət maraqlarının uzlaşdırılmasından ibarət idi. Heydər Əliyevin 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiya aktının qəbul edilməsi prosesində səsləndirdiyi fikirlər, xüsusilə də azərbaycançılıq ideologiyasının Azərbaycan cəmiyyəti üçün vahid dövlət ideologiyasına çevrilməsi ilə bağlı mövqeyi, Azərbaycan cəmiyyətində əks fikirliliyin və fərdi maraqların ictimai maraqlardan, dövlət maraqlarından üstün tutulması ilə bağlı tendensiyanın ciddi şəkildə qarşısının alınmasına və yeni zəruri meyllərin formalaşmasına gətirib çıxarır. Məhz həmin dövrdə cəmiyyətdə baş verən deqredasiya, yad ideologiyalar altına düşmə prosesinin qarşısının alınması Azərbaycanda ictimai maraq və dövlət maraqları məsələsini prinsiplərini daha qabarıq şəkildə ortaya qoymuş oldu.

İctimai və dövlət maraqlarının qorunmasını təmin edən başlıca institusional vasitə, yaxud mexanizm milli dövlətdir. Ona görə də dövlət tərəfindən həyata keçirilən strateji kursun səmərəliliyi bu baxımdan xüsusi xüsusi əhəmiyyət kəsb edir.

Bu gün dünyanın aparıcı ölkələrinin hesabatlarında da öz əksini tapan bir həqiqət var. Yerli və xarici ekspertlər də hesab edirlər ki, bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Birmənalı olaraq qeyd etməliyik ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Son 30 ildə müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. Bu da o deməkdir ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən bir topluluqdur. Eyni zamanda, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir.

Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasındakı birlik dayanır. Əslində bu, dövlət və cəmiyyət maraqlarının qarşılıqlı təmini ilə bağlı ən məntiqi izahdır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dövlətin formalaşmasında, əsasən, onun ictimai maraqları öndə tutulur: “Əsasən o dövlətlərdə cəmiyyıət monolit olmur ki, orda şəxsi, merkantil maraqlar ictimai, milli və dövlət maraqlarından daha üstün tutulur. Təbii ki, bu, dövlətin formalaşmasında ysranan ən böyük əngəllərdən biridir. Azərbaycanda dövlətçilik ənənələri ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra möhkəmlənməyə başladı. Milli dövlətçilik ənənəsi Azərbaycançılıq məfkurəsi, dövlət maraqları, xüsusən də onların qorunması, vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların rifahının yüksəldilməsi üçün dövlət bir çox vacib məsələləri qarşısına proiritet kimi qoydu. Əsasən, SSRİ tərkibindən yeni ayrılan dövlətlərə xas olan, hələ oturuşmamış bir çox system ölkəmizdə, daxildə problemlərin mövcudluğu, qeri-hökumət təşkilatlarının, demək olar ki, fəaliyyət göstərməməsi, dövlət aparatınən pərakəndəliyi sərhəddə torpaqların ard-arda işğal olunması, vətəndaş müharibəsinə cəhdlər və s. bunlar hər biri dövlətin qarşısında həll olunmalı məsələlər idi”.

Vüqar İskəndərov: Bu gün iqtisadi cəhətdən Azərbaycan Avropa və Avrasiyanın vazkeçilməz cəzbedici ölkəsidir

Deputat qeyd edib ki, ümumilli liderimiz Heydər Əliyev saydığımız problemlərin öhdəsindən layiqincə gəldi: “Böyük dövlət adamı Azərbaycanda həm sabitlik yaratdı, həm də siyasi, iqtisadi inkişafın təməlini qoydu. Əsrin müqaviləsi, neft müqavilələri imzalandı, dövlət sistemi oturuşmğa başladı və Azərbaycan qısa müddət ərzində iqtisadi stabilliyə qədəm qoymağa başladı. Artıq dövlətin milli maraqları qlobal mənada eşidilıməyə başladı, təbii ki, o anda həm ictimai, həm də dövlət maraqları vətəndaşlarımız və dövlət tərəfindən qorunmağa başladı. Bu gün cənab president İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə çoxşaxəli islahatlar paketi təqdim olunub. Bu, bütün sahələri əhatə edir. Əlbəttə, bura vətəndaş cəmiyyətinin formalaşdırılması, siyasi inistitutların inkişaf etməsi, siyasi partiyalar, media haqqında yeni qanun daxildir. Milli Məclis də bu sahədə yeni çağırışlara cavab verilməsi üçün önəmli addımlar atır”.

V.İskəndərov vurğulayıb ki, bütün bunlar kompleks şəkildə dövlətimizin dünya miqyasında nüfuzunun artmasına gətirib çıxarır. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi qələbəmizdən sonra isə sadalanan faktlar ölkəmizin nüfuzunun artmasına daha da böyük təkan vermiş oldu.

Deputat qeyd edib ki, həm də iqtisadi cəhətdən bu gün Azərbaycan Avropa və Avrasiyanın vazkeçilməz cəzbedici ölkəsidir. Dayanıqlı iqtisadi bazası var, çox doğru dost, tərəfdaş ölkədir. Bütün ölkələrə bərabərhüquqlu münasibətlər sərgiləyir: “Bu da ölkəmizin gücünün göstəricisidir. Əlbəttə, düşünürük ki, ictimai və dövlət maraqlarının bərqərar olduğu ölkəmizdə Şərqi Zəngəzurdakı ərazilərimizi də cənnətə çevirərək orada insanların layiqli yaşaması üçün bütn şəraitlər yaradılsın. Ölkəmiz yeni, qlobal çağırışlara, dünyanın qarşısında duran bir çox təhdidlərə qarşı dayanıqlı inkişaf edən ölkə kimi gələcəkdə hərtərəfli inkişafı ilə bütün sahələrdə öz sözünü deyə biləcək”, - deyə Vüqar İskəndərov qeyd edib.

Aytac Aslan

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Aprel 2024