• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Azərbaycan artıq gücün hüququnu diqtə edir

LAYİHƏ

20 Aprel 2023 | 12:22

Azərbaycan artıq gücün hüququnu diqtə edir

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Azərbaycan erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində hərbi, siyasi, eləcə də diplomatik və informasiya sahəsində qələbə qazandı. Prezident İlham Əliyevin İkinci Qarabağ savaşı müddətində və postmüharibə dövründə dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr xalqımızın Zəfər çalmasında son dərəcə mühüm rol oynadı.

Prezident İlham Əliyev 30-a yaxın xarici KİV nümayəndələri ilə müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin səbəblərini siyasi uzaqgörənliklə dünya auditoriyasının diqqətinə çatdırırdı. Odur ki, Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın təkcə silahlı ordusunun deyil, eləcə də informasiya savaşının önündə getdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd düşmən tapdağından təmizləndi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Beləliklə Ermənistanın məğlubiyyətini qəbul etdiyi 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan təmizlədi.

Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Beləliklə, hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də ölkəmizin uğurlarını şərtləndirirdi. Qeyd etməliyik ki, uzun illər ərzində işğal altında olan torpaqlarımızdan erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını özündə əks etdirən BMT qətnamələrini Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində təkbaşına icra etdi. Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Ötən həftə baş verən, hərbçilərimizin yolu azaraq Ermənistan tərəfə keçməsi hadisəsi də erməni vəhşiliyinin bir daha şahidi oldu.

Səməd Seyidov: Ermənistan və erməni siyasətinin iç üzünü açacağıq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra, təbii, hər hansı formada revanşist qüvvələrin vasitəsi, xülyaları, destruktiv davranışı ilə vaxt udmaqla özünə hansısa formada təsəlli tapmaq istəyir:

“O cümlədən, son hadisələr bir də bunu təsdiq edir. Əsgərlərimizə qarşı qeyri-insani davranış və bayrağımızın beynəlxalq tədbirdə yandırılması bayrağımıza heç bir ləkə gətirə bilməz. Ancaq Ermənistanın rəmzi olaraq, sözün əsl mənasında, yandırdı. Ona görə ki, təsəvvür edin, onların tərəfində olan, həmişə kömək göstərən qüvvələr belə bu ağılasığmaz barbar əmələ münasibət bildirməyə məcbur oldular. Bu istiqamətdə işlərimizi davam etdirməliyik”.

Deputatın sözlərinə görə, görürük ki, Ermənistan artıq özü öz iç üzünü açmaqdadır:

“Təəssüflər olsun ki, onun ətrafında olan qüvvələr düşünürdülər ki, Ermənistan fərqli bir davranış göstərəcək. Əsla yox! Biz onların iç üzünü çox gözəl bilirik. Biz dəfələrlə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişik. Ermənilər ounlara müsbət münasibətlər göstərənləri həmişə pis vəziyyətdə qoyublar. Türkiyənin, elə bu yaxınlarda Rusiyanın tarixi bunu göstərir. İndi də Avropaya qarşı gəlməyə başlayıblar. O Avropaya ki, bunlara həmişə dəstək verir. Ona görə, biz öz işimizi davam etdirəcəyik”.

S.Seyidov qeyd edib ki, bu yaxınlarda yenə də beynəlxalq təşkilatlarda iştirak edəcək, həm əsgərimiz, həm bayrağımız, həm də Azərbaycana qarşı təxribatlarla bağlı mövqeyi konkret olaraq ortaya qoyulacaq:

“Dediyim kimi, Ermənistan və erməni siyasətinin iç üzünü açacağıq”.

Bəhruz Məhərrəmov: Güclü olmağın qarantı Heydər Əliyev yoluna sədaqətdir

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanı müharibə cinayətlərini davam etməyə, eyni zamanda beynəlxalq humanitar hüququ davamlı şəkildə qəsdən pozmağa cəsarətləndirən yalnız bir amil var - İrəvanda əmindirlər ki, aidiyyəti qlobal təsisatlar və iri güclər ermənilərin bütün cinayətlərinə göz yummağa hazırdır. Onun sözlərinə görə, nəticədə cəzasızlığa adət edən Ermənistan 30 il işğal və təcavüzə son qoymasına dair qərarı ehtiva edən BMT qətnamələrinə məhəl qoymadı:

“30 il işğal altında olan ərazilərimizi ekosid və urbisidə, vandalizmə məruz qoydu, işğal zonasının hər qarışını minaladı, Gəncə, Tərtər, Bərdə kimi iri şəhərləri qadağan olunmuş silahlar, kasetli bombalarla vurdu. Biz insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan, yaxud beynəlxalq humanitar hüququn keşiyində dayanmalı olan təşkilatlardan reaksiya gördükmü? Eləcə də, bu günlərdə yolu azaraq Ermənistan ərazisinə keçən 18 və 20 yaşları olan iki azərbaycanlı əsgərə verilən işgəncələr, habelə qitəəhəmiyyətli yarışda İrəvanda Azərbaycan bayrağının vandalizmə məruz qalaraq yandırılması faktları. Biz kimdən ədalətli reaksiya gördük? Demək ki, dünyadan ədalətli davranış gözləməkıə haqqı bərpa etmək mümkün deyil”.

Deputat vurğulayıb ki, 44 günlük müharibədə də biz buna bir daha şahidlik etdik:

“Hüququ və haqqı məhz hərbi-siyasi yolla bərpa etdik və bu prosesin özündə də ikili standartlar və riyakar davranışlarla üzləşdik. Lakin ordumuzun gücü, Müzəffər Ali Baş Komandanın qətiyyəti və xalqımızın vəhdəti ilə biz ədaləti bərqərar etdik. BMT qətnamələri tərəfimizdən icra olundu. Bu o deməkdir ki, bu gün Azərbaycan haqq işini dünyaya çatdırmaq istəyirsə, güclü olmalıdır. Güclü olmağın qarantı isə Heydər Əliyev yoluna, azərbaycançılıq ideyasına sədaqətdir. Bu gün cənab İlham Əliyev elə siyasi konfiqurasiyaya nail olub ki, Azərbaycan artıq istər Ermənistana, istər havadarlarına gücün hüququnu diqtə edə bilir. Bu çox vacibdir, çünki biz hüququn gücü şəraitində haqlı tərəf olsaq da, 30 il məhrumiyyətlərdən qurtula bilməmişik. Yəni haqlı olmağımız nəyisə dəyişmədi, biz yalnız kimlərinsə insafına ümid etməli olurduq. Lakin məhz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl fəaliyyət, formalaşan müstəqil siyasi iradə, iqtisadi imkanlar bizi söz sahibinə çevirib”.

Aytac Aslan

Yazı Medianınİnkişafı Agentliyininmaliyyə dəstəyiilə hazırlanıb


SON XƏBƏRLƏR

23 Aprel 2024