• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda II Sığorta Festivalı keçiriləcək

İQTİSADİYYAT

14 Avqust 2024 | 15:23 | Müəllif: Əli Hüseynov

Azərbaycanda II Sığorta Festivalı keçiriləcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosunun (İSB) birgə əməkdaşlığı çərçivəsində ikinci dəfə Sığorta Festivalı təşkil olunacaq.

Bakıvaxtı.az ASA-ya istinadla xəbər verir ki, festival 17 avqust-7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala avqustun 17-də Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək və ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 31 avqust Lənkəran və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026