• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda koronavirusun yeni dalğası gözlənilir? - AÇIQLAMA

CƏMİYYƏT

12 May 2022 | 17:04 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda koronavirusun yeni dalğası gözlənilir? - AÇIQLAMA

“Hamı koronavirusun “qəfil öləcəyinə” ümid etsə də, bu, baş vermədi. İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hazırda Parisdə olan ictimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze deyib.

Onun sözlərinə görə, bölgəmizdə - Gürcüstan və Azərbaycanda, qardaş dövlətlərdə koronavirusa yoluxma hallarının növbəti dalğası çox tezliklə, iyun-iyul aylarında gözlənilməlidir.

İnfeksionist Mərdan Əliyev isə elə düşünmür. Onun Bakıvaxtı.az-a dediyinə görə, cəmiyyətimizdə artıq kollektiv immunitet formalaşıb və koronavirusa yoluxanların sayında təbii şəkildə enmə müşahidə edilib. İnfeksionistə görə, təbii şəkildə enmə o deməkdir ki, bu, hər hansı bir karantin sərtləşdirilməsi olmadan öz-özünə baş verib. Əgər yoluxma sayındakı azalma karantin hesabına olsa idi, bu fikirlər əsaslı ola bilərdi.

Həkim vurğulayıb ki, bunun baş verməsi üçün yeni bir virus olmalıdır: “Koronavirusun özündə yenidən artım baş verə bilməz. Bu o ölkələrdə baş verə bilər ki, onlarda karantin və ya fərdi qorunma hesabına insanların bir qismi virusla təmasda olmayıb. Amma Azərbaycanda, demək olar, hər kəs virusla təmasda olub və immunitet qazanıb”.

M.Əliyev bu səbəbdən, xüsusən də yay aylarında bizdə hər hansı virusun artacağının inandırıcı olmadığını vurğulayıb.

 Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026