• Bakı 25° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda universitetlərdə neçə professor var?

CƏMİYYƏT

31 Avqust 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda universitetlərdə neçə professor var?

Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində professor-müəllim heyətinin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuəsində məlumat yer alıb.

Belə ki, 2023-2024-cü illəri əhatə edən tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı 15807 nəfərdir.

Onlardan 1262 nəfər elmlər, 5 min 891 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi olanlardır. Bundan başqa, 1043 nəfərin professor, 3 min 889 nəfərin isə dosent elmi adı var.

Həmin heyətin tərkibindəki qadınların sayı 9 min 272 nəfərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR