• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi AÇILDI

CƏMİYYƏT

02 May 2023 | 15:30

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi AÇILDI

Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma zamanı Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə)  maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026