• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

İyul-avqustda quraqlıq ola bilər - Çoğrafiya İnstitutu

CƏMİYYƏT

01 Iyun 2023 | 13:45

İyul-avqustda quraqlıq ola bilər - Çoğrafiya İnstitutu

​​​​​​Yaz aylarında normadan artıq yağıntı düşsə də, iyul-avqust aylarında normadan az yağıntı düşə və quraqlıq ola bilər.

Bakıvaxtı.az xəbər verir ki. bunu Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib.

Onun sözlərinə görə, hələ yay mövsümü gəlməyib, yaz fəsli davam edir və buna görə qeyri-sabit hava şəraiti və intensiv yağışların yağması normal haldır:

    "Respublikanın qərb zonasında yağıntılar ən çox yaz-yay aylarında, ilin isti dövründə düşür. Bəzi yerlərdə düşən yağıntının miqdarı normadan çox ola bilər. Lakin bu o demək deyil ki, bu il quraqlıq olmayacaq. İyul-avqust aylarında normadan az yağıntı düşə bilər və quraqlıq ola bilər".

    O qeyd edib ki, may-iyun ayı üçün dolu düşməsi, çaylardan sel keçməsi xarakterik haldır:

    "Bu da əraziyə soyuq hava kütlələrinin daha tez-tez daxil olması ilə izah oluna bilər. Payız-qış aylarında əsasən intensivliyi az olan yağışlar yağır. Yaz aylarında isə hava əsasən qeyri-dayanıqlı olur və lokal xarakterli, qısamüddətli, çox intensiv yağışlar yağır. Bu zaman torpaq suyu udmağa imkan tapa bilmir və su yerin səthi ilə hərəkət edərək sel və daşqınlara səbəb olur. Bu bəzi illərdə daha intensiv, bəzi illərdə isə zəif ola bilər. Lakin bu o demək deyil ki, yay aylarında quraqlıq olmayacaq. Bu proses hələ davam edə bilər, çünki yay fəsli gəlməyib"/apa.


    SON XƏBƏRLƏR