• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanın futzal yığması Qazaxıstana uduzdu

İDMAN

19 Sentyabr 2022 | 21:42 | Müəllif: Subhan Mahmudov

Azərbaycanın futzal yığması Qazaxıstana uduzdu

Futzal üzrə dünya çempionatının əsas mərhələsinə hazırlaşan Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Aktaudakı “Halyk Arena”da oynanılan matçda rəqib Qazaxıstan yığması olub. Görüşü yerli hakimlər Talqat Kosmukhambetov, Turekhan Tursumbayev və Roman Dzusov idarə ediblər.

Qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən qolları 7-ci və 16-cı dəqiqələrdə Ramiz Çovdarov, 12-ci dəqiqə isə Rafael Vilela vurub.

Qeyd edək ki, yığmalar arasında növbəti oyun sentyabrın 20-də olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026