• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənilər səfirliyimizə HÜCUM ETDİ - VİDEO + FOTO

SİYASƏT

31 Avqust 2023 | 09:50 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər səfirliyimizə HÜCUM ETDİ - VİDEO + FOTO

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.

Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.


Ermənilər səfirliyimizə HÜCUM ETDİ - VİDEO + FOTOErmənilər səfirliyimizə HÜCUM ETDİ - VİDEO + FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR