• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycanla bu ölkələr arasında viza tələbi aradan qaldırılır

SİYASƏT

25 Iyun 2024 | 11:48

Azərbaycanla bu ölkələr arasında viza tələbi aradan qaldırılır

Azərbaycan və Mərakeş ümumvətəndaş pasportlarının sahiblərini viza tələbindən azad edir.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.

Günel Abbas


SON XƏBƏRLƏR

28 Sentyabr 2024