• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanlı aktrisa vəfat etdi - FOTO

HADİSƏ

09 Dekabr 2022 | 15:38

Azərbaycanlı aktrisa vəfat etdi - FOTO

Azərbaycanda aktrisa vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda - “Mahmud və Məryəm”də qulluqçu qızı, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub. /APA


Azərbaycanlı aktrisa vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR