• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb

İQTİSADİYYAT

15 Aprel 2025 | 10:44

Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 764,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,3% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, qaz nəqlinin 50,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

    Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

    Belə ki, hesabat dövründə bu kəmərlə 5 447,9 mln. kubmetr qaz ötürülüb (2,4%-lik azalma olub).

    Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım müşahidə olunub. Qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 22 851,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 4,3%-lik artım deməkdir.


    SON XƏBƏRLƏR