• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda bu evlərin qiyməti bahalaşacaq - VİDEO

İQTİSADİYYAT

05 Aprel 2022 | 14:38 | Müəllif: Subhan Mahmudov

Bakıda bu evlərin qiyməti bahalaşacaq - VİDEO

Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinə marağı çoxaldıb. Bu da birbaşa belə mənzillərin alqı-satqısı və kirayə qiymətlərinə təsir edir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, sözügedən vəziyyət artıq tendensiya halını alıb. Odur ki, bu ildə bahalaşmanın olacağı istisna edilmir. 

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, yay mövsümü bağ evlərinin kirayə qiymətləri hətta 2-3 dəfəyə qədər çoxalır.

Ev alqı-satqısı və mənzil kirayəsi ilə məşğul olan şəxslər artıq müraciətlərin başladığını bildirirlər. Qiymətlər isə əraziyə görə dəyişir. 

Bildirilir ki, ən baha bağ evləri Mərdəkan, Buzovna, Şüvəlan ərazilərində təklif olunur. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026