"Yelo Bank"da DanceAbility Azərbaycan şirkətinin “Women’s sharing circle” adlı sosial layihəsi həyata keçirilib.
Bakıvaxtı.az layihə müxtəlif yaşda, fərqli peşə sahibləri, sağlamlıq imkanları məhdud olan və olmayan qadınları bir araya gətirdi. “Women’s sharing circle” qadınların paylaşmaq, dincəlmək və bir-birini dəstəkləmək üçün toplaşdığı təhlükəsiz məkan deməkdir. Heç bir tənqid edilmədiyi və mühakimə aparılmadığı bu dairədə iştirakçı xanımlar kənar dünyadan, sosial şəbəkələrdən bir müddətlik uzaq qalmaqla rahat və özləri kimi olublar.
Görüş iştirakçı xanımların özlərini ifadə etməsi və bir-birilərini tanıması ilə başlayıb.
Paylaşma dairəsində meditasiya, “Moving Bodies, “DanceAbility” və “Ecstatic Awakening Dance” kimi müxtəlif bədən yönümlü texnikalardan istifadə edilib. Proqram qeyd olunan texnikalar üzrə baş müəllim Nigar Sultanovanın mentorluğu ilə keçirilib.
Proqramın əsas məqsədi qadınları gücləndirmək, sağlamlığı və rifahı naminə seçim etmək üçün imkan yaratmaqdır. Proqram eyni zamanda zehni, emosional və fiziki sağlamlığın inkişafını da dəstəkləməyi hədəfləyir.
Bank xidmətləri (kredit, kart, depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Ramid İbrahimov



















