• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda rabitə kabelini oğurlayan şəxs saxlanıldı - FOTO

HADİSƏ

12 Yanvar 2022 | 13:39

Bakıda rabitə kabelini oğurlayan şəxs saxlanıldı - FOTO

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mərkəzdən daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

"Vasif Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.


Bakıda rabitə kabelini oğurlayan şəxs saxlanıldı - FOTOBakıda rabitə kabelini oğurlayan şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026