• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda Rusiya silahlarına baxış keçirildi - FOTOLAR + VİDEO

SİYASƏT

25 Sentyabr 2024 | 19:33 | Müəllif: Subhan Mahmudov

Bakıda Rusiya silahlarına baxış keçirildi - FOTOLAR + VİDEO

Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir. Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.


Bakıda Rusiya silahlarına baxış keçirildi - FOTOLAR + VİDEOBakıda Rusiya silahlarına baxış keçirildi - FOTOLAR + VİDEOBakıda Rusiya silahlarına baxış keçirildi - FOTOLAR + VİDEOBakıda Rusiya silahlarına baxış keçirildi - FOTOLAR + VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR