“Paytaxtın Əmircan və Bülbülə qəsəbələrindəsarılıq xəstəliyi (Hepatit A) yayılıb”.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə soaial şəbəkədə iddialar səsləndirilib. Bunun əraziyə verilən su ilə bağlı olduğu qeyd olunub.
Məsələ ilə bağlı “Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu fikirlər əssasızdır:
“Mütəxəssislərimiz, laboratoriya əməkdalarımız həmin ərazidən su nümunələri götürüblər. Suda heç bir kənarlaşma yoxdur”.
Məlumatda qeyd olunur ki, Əmircanı və Bülbüləni qidalandıran kəmər, eyni zamanda, Bakıxanov, Qaraçuxur, Ramana, Zabrat qəsəbələrini də su ilə təmin edir.
“Belə bir problem olsa idi, həmin ərazilərə də təsir edərdi”, - deyə “Azərsu”dan bildirilib.
Xatırladaq ki, bir müddət öncə TƏBİB hazırda ölkəmizin bəzi regionlarında Hepatit A virusuna yoluxmaların olduğunu təsdiqləmişdi.
Bəs sarılıq xəstəliyindən necə qorunmaq olar?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bakıvaxtı.az-a deyib ki, “Hepatit A virusu qaraciyər hüceyrələrində lövbər salır orada çoxalır. Qaraciyəri sıradan çıxarır, orqanizmdə də inteksikasiya yaradır: “Qaraciyərdə çoxaldığına görə qaraciyər hüceyrələrinin dağılması və nəticədə sitolizin getməsi, öd piqmentlərinin qana sovrulması, sarılığın yaranmasına gətirib çıxarır. Adı da elə buradan götürülüb. Virus hepatitlərinin digər növləri də B, C, Y və s. də A virusunun forma dəyişməsidir”.
Müsahibimiz bildiirib ki, Hepatit A-nın müxtəlif mənbələrdən yayılması mümkündür, amma,əsasən, hava-damcı yolu ilə yayılır: “Hesab edirəm ki, hazırda bu virusun vaksini olduğuna görə yaxşı olar, insanlar vaksinasiya olunsun. Hepatit A virusunun vaksini var. Ölkəyə də idxal olunub. Yaxşı olardı ki, insanlar vaksinasiya olunsunlar”.
A.Qeybullanın sözlərinə görə, xəstəlik,əsasən, hava-damcı yolu ilə yoluxduğundan maska taxmaqla qorunmaq lazımdır:
“Xüsusilə, məktəblərdə digərlərini qorumaq üçün xəstə uşaqları dərsə buraxmamaq, evdə izolyasiya etmək lazımdır”.
Günəş Mərd
















