• Bakı 23° C

    6.99 m/s

Bakıda yatdığı yerdə yanan kişi öldü

HADİSƏ

24 Sentyabr 2024 | 13:06 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yatdığı yerdə yanan kişi öldü

Bakıda baş vermis yanğında ağır xəsarət alan kişi xəstəxanada vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 4 gün əvvəl gecə saat 05 radələrində 1954-cü il təvəllüdlü Bayram İbiş oğlu Aslanovun yaşadığı Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsindəki evdə yanğın olub.

İlkin məlumata görə, hadisə qısaqapanmadan olub.

Bu zaman 80 kvadrat metr sahəsi olan evin yanar konstruksiyaları tamamilə yanıb.

Hadisə vaxtı yuxuda olan B.Aslanov isə son anda yanıq xəsarətləri ilə xilas olub və xəstəxanaya yerləşdirilib. Lakin o, sentyabrın 23-ü saat 23 radələrində Respublika Yanıq Mərkəzində ölüb.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026