• Bakı 19° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Bakıda bitum daşıyan yük maşını aşdı - xəsarət alan var - FOTO - YENİLƏNİB - 2

HADİSƏ

06 Aprel 2024 | 16:05 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda bitum daşıyan yük maşını aşdı - xəsarət alan var - FOTO - YENİLƏNİB - 2

“Koroğlu” metrostansiyasının yaxınlığında yük avtomobilinin aşması və daşıdığı yanma təhlükəsi olan mayenin ətrafa dağılması barədə Fövqəladə Hallar Nazirliyinib “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal məlumata əsasən, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami rayon yanğından mühafizə hissəsi əraziyə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə deyib.

    “Hadisə baş verdiyi ərazidə yanğın təhlükəsinin baş verməməsi üçün bütün tədbirlər görülüb. Baş vermiş yol-nəqliyyat qəzası zamanı heç bir yanğın hadisəsi qeydə alınmayıb”, - deyə o qeyd edib.

    ***

    14.18

    Aprelin 6-da saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

      Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub.

       

      Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğın təhlükəli maye dağılması barədə məlumat daxil olub.

      Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.

      Məlumata görə, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

        Əlavə məlumat veriləcək.

        Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşınının aşması nəticəsində daha bir neçə yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

        NİİM hadisə ilə bağlı məumat yayıb.

        Məlumatda bildirilir ki, Bakıda Qəza səbəbindən Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, bunlarla yanaşı, Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

        ***

        13:39

        Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

        Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

        Məlumata görə, nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

        Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.


        Bakıda bitum daşıyan yük maşını aşdı - xəsarət alan var - FOTO - YENİLƏNİB - 2Bakıda bitum daşıyan yük maşını aşdı - xəsarət alan var - FOTO - YENİLƏNİB - 2Bakıda bitum daşıyan yük maşını aşdı - xəsarət alan var - FOTO - YENİLƏNİB - 2Bakıda bitum daşıyan yük maşını aşdı - xəsarət alan var - FOTO - YENİLƏNİB - 2
        Batıgöz reklamMedia İnkişaf

        SON XƏBƏRLƏR

        02 Noyabr 2026