• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR

İQTİSADİYYAT

17 Aprel 2025 | 12:42

Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Bakıvaxtı.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi məlumata görə, söküntü işləri Babək küçəsi, ev 23 ünvanında, Frunze küçəsi, ev 16 ünvanında , 6-cı Mədən küçəsi, ev 38 ünvanında, Məmmədəliyev küçəsi, ev 32 ünvanında və Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında  yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb. 

Dövlət qurumu sözügedən xidmətin alınması üçün 64.298,41 manat pul ayırıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025