• Bakı 16° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bakının bu rayonları QAZSIZ QALACAQ

CƏMİYYƏT

08 May 2024 | 08:03

Bakının bu rayonları QAZSIZ QALACAQ

Bu gün Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz"dan bildirilib.

Məlumata görə, bu gün (08.05.2024-cü il tarixdə) saat 08:00-dan "Mayak-2" qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.


SON XƏBƏRLƏR

18 May 2024