• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakının qara siyahısında olan jurnalist Tiflisə buraxılmadı

GÜNDƏM

23 Iyul 2021 | 22:11

Bakının qara siyahısında olan jurnalist Tiflisə buraxılmadı

Rusiyalı jurnalist, “Novaya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, özünün Feysbuk səhifəsində məlumat yayıb.

“Zorla uçduğum təyyarəyə oturtdular. İndi oturmuşam və kədərliyəm”, - Azar bildirib.

İ.Azarın sözlərinə görə, ölkəyə daxil olmağa qadağanın hansı səbəbdən qoyulduğu ona izah edilməyib.

Qeyd edək ki, rusiyalı jurnalist 2011-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərə görə ölkədə “arzuolunmaz şəxs” elan edilib. Ötən ilin oktyabrında Ermənistanın Xarici İşlər Nazirliyi İ.Azarın akkreditasiyanı ləğv edib. Buna səbəb onun Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından aldığı müsahibə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026