• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Baqali Dabo Azərbaycana qayıda bilər

İDMAN

07 Iyun 2023 | 16:45

Baqali Dabo Azərbaycana qayıda bilər

“Səbail”in yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan ikisi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Bakı klubu Rüfət Abdullazadə və Baqali Dabonun xidmətində maraqlıdır.

Paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Rüfət Abdullazadə ilə bağlı danışıqlara start verib. Şahin Diniyev “Qəbələ” və “Neftçi”də bombardirlik keyfiyyətlərini göstərmiş Dabonu da sərəncamında görmək istəyir. Son klubu Kipr təmsilçisi “Apollon” olan 35 yaşlı fransalı hücumçunun keçidi maliyyə şərtlərindən asılıdır.

Qeyd edək ki, Baqali 2017/18 və 2019/20 mövsümlərində Premyer Liqanın bombardiri olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024