• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Barmağından əməliyyat edilən xəstə öldü 

HADİSƏ

30 Yanvar 2024 | 11:32

Barmağından əməliyyat edilən xəstə öldü

 

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1961-ci il təvəllüdlü Cavadov Sahib Rəşid oğlu dünən həmin tibb ocağında əməliyyat edilib.

Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa vaxt sonra pisləşib və vəfat edib.

Bildirilir ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.

Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026