Azərbaycanın gənc bəstəkarı və pianoçusu, beynəlxalq müsabiqələr laureatı Sara Dilrubanın İspaniyanın Barselona şəhərində ilk konserti keçirilib.
Bu barədə Bakıvaxtı.az-a bəstəkarın özü bildirib.
“Xocalıya qayıdış” adlı solo-konsertdə müəllif Xocalı soyqırımının qurbanlarına ithaf etdiyi əsərləri səsləndirib.
Ölkəmizin İspaniya Krallığındakı səfirliyinin, Azərbaycan İncəsənət Şurasının və Barselona şəhərindəki “Azərbaycan evi”nin himayəsi ilə təşkil olunan tədbirdə diplomatik korpusların nümayəndələri, diaspora fəalları, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, Sara Dilruba Bakı Musiqi Akademiyasının məzunudur, tanınmış bəstəkar-pedaqoq, Əməkdar incəsənət xadimi, professor Aydın Əzim Kərimoğlunun sinfini bitirib. İstedadlı bəstəkar-pianoçu hazırda Barselonada təhsil alır və musiqi terapiyası ilə bağlı elmi araşdırmalar aparır.


















